Veb sayt hazırlanmasında xərc və zamana qənaət etmək üçün WordPress ən ideal seçimdir. Geniş ekosistemi, güclü SEO uyğunluğu və istifadəçi dostu idarəetmə paneli ilə biznesinizin tez bir zamanda rəqəmsal bazara çıxmasını təmin edir.
Etaks tərəfindən təklif olunan WordPress veb saytların hazırlanması xidməti ilə arzuladığınız saytlar layihənin həcmindən asılı olaraq 3 iş günündən başlayaraq maksimum 30 gün müddətini əhatə edən vaxtda hazırlanır və tam təhvil verilir.
Bəli, sizə WordPress veb sayt üçün kontent yaratmaqda yardımçı ola bilərik. Buraya saytınızın səhifələri üçün peşəkar mətnlərin yazılması, müasir qrafika və şəkillərin hazırlanması, eləcə də SEO dostu bloq məqalələrinin yazılması daxildir.
Hostinq seçməmişdən qabaq bizimlə əlaqə saxlaya bilərsiniz. Müraciətiniz əsasında sizin veb saytınızın gözlənilən ziyarətçi sayına, sürət və təhlükəsizlik tələblərinə ən uyğun hostinq və domen seçimində tam texniki dəstək göstəririk.
24/7 monitorinq, gündəlik/həftəlik ehtiyat nüsxələnmə (backup), kibertəhlükəsizlik yeniləmələri, plagin və CMS güncəlləmələri, server optimizasiyası və texniki nasazlıqların dərhal aradan qaldırılması daxildir.